Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, görüş zamanı regional məsələlər ön plana çıxıb. İsrailin Fələstinə qarşı hücumları müzakirə olunub.
Digər tərəfdən, Türkiyə-Liviya münasibətləri və Şərqi Aralıq dənizi məsələsi görüşün əsas gündəmini təşkil edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.
Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.
Aytac Süleymanova
Twitter: a_alieva_