Bakı. TurkicWorld:
Rumıniya Balkanlarda Türkiyənin ən böyük ticarət tərəfdaşıdır.
Bu sözləri TurkicWorld-ə özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.
Yalçın Topçu, Rumıniya-Türkiyə ticarət palatasının sədri Tamer Atalayı, Malatya BBB müşaviri Hamit Özpolatı, TRT Kürdidə Çepik proqramının aparıcısı, xalq musiqisi sənətçisi Aydın Aydını qəbul edib.
Görüş zamanı, ilk növbədə Yalçın Topçu, 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edib və çıxışına uşaq ədəbiyyatı yazıçısı, şair və roman yazarı Kemalettin Tuğcunu vəfatının ildönümü münasibətilə ehtiram və rəhmətlə yad edərək davam edib.
“Türkiyə ilə Rumıniya arasındakı münasibətlər tarixi və köklü keçmişə əsaslanır. İki ölkə arasındakı münasibətlər qarşılıqlı etimad və qazan-qazan prinsipi əsasında strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan əlavə, Rumıniyada yaşayan Krım tatarları, türkmənlər və noqay türkləri iki dost ölkə arasındakı münasibətlərdə çox güclü bir bağ yaradırlar. Dostumuz Rumıniya Balkanlarda ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Rumıniya-Türkiyə əlaqələri hər sahədə daha yüksək səviyyələrə yüksəlir",- deyə Türkiyə prezidentinin baş müşaviri bildirib.
İsrail-Fələstin münaqişəsindən danışan Yalçın Topçu qeyd edib ki, İsrail hökumətinin mülki insanları, günahsız uşaqları, hətta xəstəxanaları vuraraq törətdiyi soyqırımı və ədalətsiz işğalı dəstəkləyən ölkələr bilməlidir ki, İsrail xalqına, bölgəyə və dünyaya fayda gətirəcək yeganə şey ədalətli sülhdür.
Bundan əlavə, Rumıniya-Türkiyə ticarət palatasının sədri Yalçın Topçuya təşəkkür edib.
"Rumıniya ilə ticarətimizi daha da artırmaqla yanaşı, FETÖ başda olmaqla bütün terror təşkilatlarının Türkiyəyə qarşı fəaliyyətlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Rumıniya dövləti və xalqı tərəfindən türklərə yanaşma çox müsbətdir. Onu daha da yetkin və güclü etmək üçün çalışırıq. Sizi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Rumıniya-Türkiyə münasibətlərinin 145-ci ildönümü münasibətilə Rumıniya-Türkiyə ticarət palatasının 1 noyabrda təşkil edəcəyi Türk Gecəsinə dəvət edirik. Həmin tədbirdə “Türk dünyasına verdiyiniz töhfələrə görə sizə mükafat təqdim olunacaq”,- deyə Rumıniya-Türkiyə ticarət palatasının sədri əlavə edib.