Son dəqiqə

Selçuk Bayraktar Qəzza zolağı

BAYKAR Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırdır – Selçuk Bayraktar

Bakı. TurkicWorld:

BAYKAR Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar öz X hesabında paylaşım edib.

“Bəşər tarixinin ən ağır faciələrindən biri Qəzzada baş verir. İsrail qadın və uşaq da daxil olmaqla günahsız dinc əhalini qətlə yetirir. Xəstəxanaları, məktəbləri və ibadət yerlərini bombalayaraq hərbi cinayətlər törədir. Kimliyini soyqırımla mübarizəyə borclu olanlar bu gün soyqırıma əl atmaqla öz haqlarını tələb edirlər.Beynəlxalq birlik hərəkətə keçməlidir, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir.” – deyə paylaşımda qeyd olunub.

O bildirib ki, susmaq bu qırğınlara tərəf olmaq deməkdir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər