Son dəqiqə

Türkiyə Fələstin İsrail Ömər Çelik AK Parti

İsrail təhlükəsizlik qüvvələri sistematik olaraq bütün insani dəyərləri hədəf alır - Ömər Çelik

Bakı. TurkicWorld:

İsrail təhlükəsizlik qüvvələri sistematik olaraq bütün insani dəyərləri öldürür və hədəf alır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Biz İsrailin insani dəyərlərə yönəlmiş hücumlarını bir daha qınayırıq. İsrailin özünü müdafiə etmək hüququ uşaqları öldürmək, qadınları və mülki insanları məhv etmək hüququdurmu? Bundan söhbət gedə bilməz. Təəssüflər olsun ki, ABŞ və bəzi Qərb dövlətlərinin ilk addımı bölgəyə döyüş gəmiləri və təyyarədaşıyan gəmilər göndərmək oldu. Onlar bunun regionda gərginliyi daha da artıracağına məhəl qoymurlar",- deyə Ömər Çelik bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Xatırladaq ki, 17 oktyabr tarixində İsrail Qəzzada yerləşən xəstəxananı bombalayıb. Hücum zamanı ən az 500 nəfər həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər