Məqsədimiz müdafiə sənayesində əldə etdiyimiz uğuru sənaye və texnologiyada genişləndirməkdir - Kacır

Məqsədimiz müdafiə sənayesində əldə etdiyimiz uğuru sənaye və texnologiyada genişləndirməkdir - Kacır

Bakı. TurkicWorld:

Türkiyə sənayesi investisiya ayırır, istehsal edir və ixracatı artırır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Sənaye və Texnologiya zirvəsində çıxışı zamanı bildirib.

“Bu gün Türkiyədə milli texnologiya dedikdə ağıla ilk olaraq müdafiə sənayesi gəlir. 20 il əvvəl pulunu ödədiyimiz müdafiə sistemlərini başqalarından ala bilməyən bir ölkə olduğumuz halda, bu gün inkişaf etdirdiyi Milli Müdafiə Sənayesi sistemləri və platformaları ilə dünyada uğur qazanan bir ölkəyə çevrilmişik", - deyə o vurğulayıb.

Kacır onu da bildirib ki, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında kritik texnologiyalarda yerli və milli Ar-Ge (tədqiqat və inkişaf) və istehsal imkanlarını maksimuma çatdırıb və beləliklə də tam müstəqil Türkiyə iddiasını gücləndirib.

"Bu gün Türkiyənin Müdafiə Sənayesindəki hava və dəniz platformaları, quru vasitələri, hətta kosmos sistemləri kimi bir çox sistemi qiymətləndirdiyimiz zaman dünyada ilk 10, ilk beş, ilk üç və bəzən də birinci yerdəyik. Bu, Türkiyə üçün əhəmiyyətli bir təcrübədir və məqsədimiz müdafiə sənayesində əldə etdiyimiz bu uğuru önümüzdəki dövrdə sənaye və texnologiyanın digər sahələrinə də sürətlə genişləndirməkdir. Təkcə müdafiə sənayesində bu uğurları əldə etmək tam müstəqillik iddiamızı reallaşdırmaq üçün kifayət etmir", - deyə o qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01