Son dəqiqə

Səudiyyə Ərəbistanı Ciddə Hakan Fidan

Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, Hakan Fidan rəsmi təmaslar üçün gəldiyi Ciddədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Küveytin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Es-Sabah ilə görüşüb.

Qeyd edək ki, Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Açıq İştirak üzrə İclasında iştirak edəcək. İclasda İsrailin Qəzzada bütün Fələstin xalqını hədəf almasına qarşı İƏT tərəfindən atılacaq konkret addımlar müzakirə ediləcək.

Mövzuya görə xəbərlər