Kahramanmaraşda "Airbus-TUSAŞ Aviasiya Peşə Məktəbi" açılacaq

Kahramanmaraşda "Airbus-TUSAŞ Aviasiya Peşə Məktəbi" açılacaq

Bakı. TurkicWorld:

Avropada yerləşən aviasiya şirkəti Airbus və Türkiyənin Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkəti arasında Kahramanmaraşda Aviasiya Peşə Məktəbinin açılması üçün anlaşma memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, imzalama mərasimində TUSAŞ-ın baş direktoru Temel Kotil, Kahramanmaraş millət vəkilləri Vahit Kirişçi, Mükerrem Ünlüer və Ali Təhsil Şurasının (YÖK) sədr müavini Prof. Dr. Metin Topçuoğlu iştirak edib.

Məlumata əsasən, Ali Təhsil Şurasının koordinasiyasında keçirilən layihənin imzalanma mərasimində şirkətlər gələcəyin aviasiya və kosmos texniklərini yetişdirərək sektorun inkişafına dəstək verməyi hədəfləyir.

Ləman Əsədli
Twitter: Lamanasadli01