Son dəqiqə

Türkiyə Rusiya Nikolay Şulqinov Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Türkiyə və Rusiya təbii qaz mərkəzi ilə bağlı elektron platformanın yaradılması üzrə işləri davam etdirir

Bakı. TurkicWorld:

Türkiyə və Rusiya təbii qaz mərkəzi ilə bağlı elektron platformanın yaradılması üzrə işləri davam etdirir və bunu daha da təkmilləşdirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

"Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüşlər keçirilir və bu görüşlərdə enerji məsələsi də müzakirə edilir. Mən də Türkiyə rəsmiləri ilə görüşürəm. Mövcud tendensiyanı qoruyuruq və hazırda müzakirə etdiyimiz bir çox məsələ var", - deyə o qeyd edib.

Bundan əlavə, Şulqinov Türkiyə ilə Rusiya arasında əməkdaşlığın çoxşaxəli şəkildə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, V.Putin 2022-ci ilin oktyabrında verdiyi açıqlamada Baltik dənizindəki “Şimal axını” xətlərində itirilmiş həcmləri Qara dənizə yönəldə biləcəklərini ifadə edərək Türkiyədə təbii qaz mərkəzinin qurulacağını bildirib. Daha sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak AA-ya açıqlamasında 63 milyard kubmetr rus qazının Türkiyə üzərindən Avropaya ixrac oluna biləcəyini və Azərbaycanın da bu layihədə iştirak etmək istədiyini açıqlayıb.

Türkiyə və Rusiya rəsmilərinin açıqlamalarına görə, tərəflər layihənin yol xəritəsi ilə bağlı razılığa gəlmək üzrədir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər