Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler Kosova

Balkanlarda sülh, əmin-amanlıq və təhlükəsizliyə böyük əhəmiyyət veririk - Yaşar Güler

Bakı. TurkicWorld:

Başda Kosovo olmaqla, Balkanlarda sülh, əmin-amanlıq və təhlükəsizliyə böyük əhəmiyyət veririk.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər, Kosovonun müdafiə naziri Ejup Maqedonci ilə görüşü zamanı deyib.

"Kosovo ilə yüksək səviyyəli səfərlər və görüşlər qardaşlığımızı möhkəmləndirir, ikitərəfli münasibətlərimizə töhfə verir və strateji tərəfdaşlığımızı daha da dərinləşdirir. Biz dost və qardaş Kosovonun suverenliyini və ərazi bütövlüyünü, Avro-Atlantik qurumlarla inteqrasiyasını, beynəlxalq təşkilatlara üzvlüyünü dəstəkləyirik",- deyə nazir bildirib.

Yaşar Gülər qeyd edib ki, bu kontekstdə kosovalı həmkarı ilə çox əhatəli, müsbət, faydalı və konstruktiv görüş keçirib. Yeganə yol bölgədə daimi sülh və sabitliyin təmin edilməsi dialoqdur. Biz bir daha bəyan etdik ki, bu çərçivədə öhdəmizə götürdüyümüz KFOR Komandanlığını tam qərəzsiz və şəffaflıqla yerinə yetirəcəyik.

"Türkiyə ilə Kosovo arasında hərbi təlim, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı gündən-günə yaxşılaşır. Kosovonun FETÖ ilə bağlı atdığı və atacağı konkret addımlar, əməkdaşlığımızı və dostluğumuzu daha da artıracaq. Önümüzdəki dövrdə Kosovo əlaqələrinin və əməkdaşlığının hər sahədə daha da inkişaf edəcəyinə ürəkdən inanıram",- deyə Yaşar Güler vurğulayıb.

Mövzuya görə xəbərlər