Bakı. TurkicWorld:
Türkiyə Liviyaya humanitar yardım edib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) TCG Bayraktar gəmisi ilə seldən zərər çəkən Liviyaya humanitar yardım materiallarının göndərildiyini açıqlayıb.
"Seldən zərər çəkən dost və qardaş ölkə Liviyaya yardım fəaliyyətimizi davam etdiririk. TCG Bayraktar amfibiya gəmimiz İzmir Alsancak limanından aldığı humanitar yardım materiallarını Liviyaya çatdırıb",- deyə nazirlikdən məlumat verilib.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqi güclü "Daniel" siklonunun hücumuna məruz qalıb. Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan leysanlar gətirdi.