Kahramanmaraş zəlzələsinin nəticələrini sürətlə aradan qaldırırıq - Ərdoğan

Kahramanmaraş zəlzələsinin nəticələrini sürətlə aradan qaldırırıq - Ərdoğan

Bakı. TurkicWorld:

Kahramanmaraş zəlzələsinin nəticələrini sürətlə aradan qaldırırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan "EXPO 2023 - Kahramanmaraş" proqramına video müraciət göndərib.

“Əsrin fəlakəti olan Kahramanmaraş mərkəzli zəlzələlərin yaralarını sürətlə sarırıq. Sizə söz verdiyimiz kimi, yaxın aylarda zəlzələ evlərini qanuni sahiblərinə təhvil verməyə başlayacağıq. İlk il ərzində zəlzələ bölgəsində 319 min, cəmi 680 min yaşayış yeri və 170 min ticarət sahəsindən ibarət 850 min müstəqil hissənin tikintisini başa çatdırmağı planlaşdırırıq.” – deyə Ərdoğan videomüraciətdə qeyd edib.

O bildirib ki, “EXPO 2023” sərgisi şəhərin iqtisadi, mədəni, ticari və sosial həyatına ciddi töhfələr verəcək.

“EXPO dövründə minlərlə yerli və xarici qonağı Kahramanmaraşda qəbul etmək imkanımız olacaq. İnanıram ki, Respublika tarixində bu bölgədə keçirilən ən mühüm beynəlxalq tədbir olan EXPO 2023 şəhərimizin iqtisadi, mədəni, ticarət və sosial həyatına ciddi töhfələr verəcək. Dünyanın 30-dan çox ölkəsindən Türkiyəyə və Kahramanmaraşa gələn iştirakçıları bir daha salamlayıram.” – deyə Ərdoğan əlavə edib.

Hafiz Rufizoğlu