Türkiyəni qaz mərkəzinə çevirəcək yol xəritəsi hazırlanıb - Novak

Türkiyəni qaz mərkəzinə çevirəcək yol xəritəsi hazırlanıb - Novak

Bakı. TurkicWorld:

Türkiyəni qaz mərkəzinə çevirəcək yol xəritəsi hazırlanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

Azərbaycan, Rusiya və Türkiyənin, Türkiyədəki təbii qaz mərkəzi layihəsində iştirak etməyə hazır olduğunu bildirib. Qazprom və BOTAŞ ilə yol xəritəsi hazırlanıb, tənzimləmələr aparılır. Bu, həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Digər iştirakçılar da var. Hesab edirik ki, qaz təchizatçısı kimi digər ölkələr də iştirak edə bilər. Çünki Avropa, xüsusən də Cənub-Şərqi Avropa üçün elektron ticarət platforması yaratmaq, orada satılacaq həcmlərə uyğun olaraq qaz qiymətlərini təyin etmək məqsədəuyğun olardı. Yaxın vaxtlarda layihənin həyata keçirilməsində irəliləməyə imkan verən imzalar çəkiləcək",- deyə Novak bildirib.

Türkiyə ilə təbii qaz sahəsində mühüm layihələr həyata keçirdiklərini qeyd edən Novak vurğulayıb ki, Türk axınının 1-ci xətti ilə Türkiyənin daxili istehlakına, Türk axınının 2-ci xətti ilə isə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün işləyirik. Biz çoxlu böyük layihələr həyata keçirmişik. Sözügedən layihələr prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin əldə etdiyi razılaşmalarla həyata keçirilib.

"Qazprom və BOTAŞ bu layihələri birgə həyata keçirir və bu gün sözügedən boru kəmərləri uğurla işləyir. Təhvillər tamamilə layihə gücünə uyğun həyata keçirilir. Ona görə də hesab edirəm ki, enerji sektorunda və xüsusilə təbii qaz sektoru sferasında uğurlu əməkdaşlıqlar mövcuddur”,- deyə Novak əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Məlumat üçün bildirək ki, Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.

Aytac Süleymanova

Twitter: a_alieva_