Türkiyə Almaniya Olaf Şolts

Almaniya kansleri Ərdoğanla görüşəcək

Bakı. TurkicWorld:

Almaniya kansleri Olaf Şolz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

TurkicWorld-un məlumatına görə, Olaf Şolz bu gün prezident Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşəcəyini açıqlayıb.

Şolz Misir, Qətər və Türkiyənin İsrail və HƏMAS arasındakı gərginliyin azaldılmasında mühüm rol oynaya biləcəyini açıqlayıb.

Şolz qeyd edib ki, regional gündəmi qiymətləndirmək üçün Misir prezidenti Əbdülfettah Sisi ilə yaxın təmasdayam.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bundan sonra İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Bu günədək HƏMAS-ın hücumu nəticəsində 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər