Türkiyə-Avropa İttifaqı münasibətlərinə əhəmiyyət veririk – Ömer Bolat

Türkiyə-Avropa İttifaqı münasibətlərinə əhəmiyyət veririk – Ömer Bolat

Bakı. TurkicWorld:

Türkiyə-Avropa İttifaqı münasibətlərinə əhəmiyyət veririk.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət naziri Ömer Bolat deyib.

Ticarət naziri Ömər Bolat ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə Brüsseldə yüksək səviyyəli rəsmilərlə, o cümlədən Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə görüşüb.

"Biz Aİ-nin dövlət və özəl sektorunun aparıcı nümayəndələri ilə təmaslar aparmaq üçün Brüsseldəyik. 2023-cü ildə Ankara Anlaşmasının 60-cı ildönümünü qeyd edərkən Türkiyə-Avropa İttifaqı münasibətlərinə əhəmiyyət veririk və maraqlı tərəflərlə görüşlər keçiririk" – deyə Bolat qeyd edib.

O bildirib ki, Gömrük İttifaqı ilə əldə edilən iqtisadi inteqrasiya sayəsində Aİ ilə ikitərəfli ticarət dövriyyəsi 2022-ci ildə təxminən 200 milyard dollarlıq rekord səviyyəyə çatıb.

“Türkiyənin ən böyük ticarət tərəfdaşı olan Aİ ilə ticari və iqtisadi əməkdaşlığın qarşılıqlı addımlarla daha da inkişaf etdirilməsi üçün birgə səylərimiz davam edəcək”. – deyə Ömer Bolat əlavə edib.

Məlumat üçün qeyd edək ki, Bolat Brüsseldə TOBB Brüssel ofisində türk iş dünyası və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb, qurumların fəaliyyəti haqqında məlumat alıb.

Görüşdə Beynəlxalq Ekspeditorlar Dərnəyi, Yunus Emre İnstitutu, TÜRKONFED, TÜSİAD, TİM, TOBB, THY, DEİK, Türk Özəl Sektor Dərnəyi, Kipr Türk Ticarət Palatası kimi Brüsseldəki müxtəlif qurumların nümayəndələri iştirak edib.

Hafiz Rufizoğlu