Son dəqiqə

Türkiyə Müdafiə Sənayesi İdərəsi CANİK silah şirkəti

Türkiyə orta çaplı silah sistemləri ilə qlobal bazardakı payını artırmağı hədəfləyir

Bakı. TurkicWorld:

Orta çaplı silahlar və onlara uyğun uzaqdan idarə olunan silah sistemləri istehsal etmə imkanı qazanan Türkiyə müdafiə sənayesi dünyada bu silah sistemlərinə artan maraqla qlobal bazardakı payını artırmağı hədəfləyir.

TurkicWorld xəbər verir ki, bu barədə CANiK şirkətinin baş direktoru Cahit Utku Aral açıqlama verib.

"Türkiyə Müdafiə Sənayesi təhlükəsizlik qüvvələrinin ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaqla yanaşı, son illərdə ixracatda əldə etdiyi müvəffəqiyyəti artırmaq üçün təşəbbüslərini davam etdirir. Hava, quru və dəniz platformaları ixrac edən Türkiyə müdafiə sənayesi bu platformaları təchiz edən silah sistemlərində də iddiasını artırır. CANiK-in qrup şirkətlərindən biri olduğu Samsun Yurt Defence, orta çaplı artilleriya sahəsində dünyada üç istehsalçıdan biri olan Britaniyanın AEI Systems şirkətini satın alaraq Türkiyə müdafiə sənayesi üçün əhəmiyyətli bir addım atdı", - deyə o əlavə edib.

Aral onu da bildirib ki, əvvəllər yalnız sabit və fırlanan qanadlı hərbi hava platformaları üçün xüsusi həll yolu kimi qəbul edilən 30x113 mm ölçülü avtomatik top sistemləri, pilotlu və pilotsuz quru, dəniz və hava nəqliyyat vasitələrində yaxın gələcəyin silahı olaraq xarakterizə olunmağa başlayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər