Son dəqiqə

Türkiyə TBMM Cevdet Yılmaz

Türkiyə Prezident İdarəetmə Sisteminin 12-ci İnkişaf Planı parlamentə təqdim olunacaq

Bakı. TurkicWorld:

Türkiyə Prezident İdarəetmə Sisteminin ikinci inkişaf planı olan 12-ci İnkişaf Planı oktyabrın 16-da Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin davamlı və əhatəli böyümə hədəfinə çatacaq vahid yol xəritəsi olaraq təyin olunan 12-ci İnkişaf Planı oktyabrın 16-da TBMM-ə göndəriləcək.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 17-də Plan və Büdcə Komissiyasında 12-ci İnkişaf Planı haqqında ətraflı təqdimatla çıxış edəcək.

2053-cü il vizyonuna uyğun olaraq hazırlanan 12-ci İnkişaf Planı 23-24 oktyabr tarixlərində TBMM Plan və Büdcə Komissiyasında müzakirə ediləcək və müzakirələrdən sonra TBMM Baş Assambleyasında müzakirə ediləcək.

2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər