Bakı. TurkicWorld:
Əfqanıstana ilk beynəlxalq yardımı Türkiyə edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Afət və Fövqəladə Hallar İdarəsi (AFAD) rəhbəri Okay Memiş məlumat verib.
"AFAD-ın koordinasiyası, prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı, Daxili İşlər nazirimizin nəzarəti altında Milli Müdafiə Nazirliyimiz və Səhiyyə Nazirliyimizlə birgə yardımımızı həyata keçirdik. İlk təyyarə havaya qalxdı və ikinci təyyarə də havaya qalxacaq. Oraya enən ilk beynəlxalq yardım Türkiyə Cümhuriyyəti dövlətinin göndərdiyi yardım olub. Yardıma 20 personal, 200 çadır, 500 ədyal və Səhiyyə Nazirliyi tərəfindən Herat şəhərinə verilən tibbi ləvazimatlar daxildir",- deyə AFAD rəhbəri bildirib.
Oktay Memiş qeyd edib ki, dünyanın hansı yerində fəlakət varsa, Türkiyə Cümhuriyyəti bütün imkanları ilə oradadır.
Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.
Aytac Süleymanova
Twitter: a_alieva_