Bakı. TurkicWorld:
Türk Dövlətləri Təşkilatı üzv ölkələrin ali təhsil müəssisələri ilə əlaqələri inkişaf etdirməyə çalışırıq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Prof. Dr. Erol Özvar deyib.
"Türkiyə regional və qlobal məsələlərdə mühüm aktora çevrilmək siyasətləri istiqamətində elmə xüsusi önəm verir. Bir müddət əvvəl Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Təhsil Nazirləri Toplantısında “Türk Universitetləri Birliyinin gücləndirilməsi və akademik aləmdə brendə çevrilməsi”, “Türk Dünyası Ali Təhsil Məkanının yaradılması”, “Türk Dünya Ali Təhsil Məlumat Bankı”, "Türk Dünyası Ali Təhsil Fondunun yaradılması” ilə bağlı təkliflər verildi", - deyə o əlavə edib.
E.Özvar onu da bildirib ki, Avropa Universitetlər Birliyinin sədri noyabrın 7-də Türkiyəyə səfər edəcək.
"Türk Dünyası və Avropa ilə ali təhsil sahəsində sıx əlaqələri gücləndirməklə yanaşı, İslam dünyasının ali təhsil ocaqları ilə də əməkdaşlıqları inkişaf etdirmək üçün addımlar atırıq. İnanırıq ki, təhsilin formalaşmasına öz töhfəmizi verəcəyik. İslam dünyasında ali təhsil sahəsinin açılması bütün İslam dünyasının ölkələri üçün faydalı bir təşəbbüsdür”, - deyə YÖK sədri vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, Türkiyədə son iki ildə bir çox universitetlərdə süni intellekt sahəsində proqramlar yaradılıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







