Türkiyə Əfqanıstana humanitar yardım göndərdi

Türkiyə Əfqanıstana humanitar yardım göndərdi

Bakı. TurkicWorld:

Türkiyə Əfqanıstana humanitar yardım göndərib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, lazım olan ləvazimatlar, həmçinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təminatları təyyarələrlə Əfqanıstana göndərilib.

Xatırladaq ki, oktyabrın 7-də Əfqanıstanda 6.3 maqnitudalı zəlzələ olub. Nəticədə 2 445 nəfər ölüb.