Terroru yerindəcə məhv etmək strategiyamızı qətiyyətlə həyata keçirəcəyik - Ərdoğan

Terroru yerindəcə məhv etmək strategiyamızı qətiyyətlə həyata keçirəcəyik - Ərdoğan

Bakı. TurkicWorld:

Terroru yerindəcə məhv etmək strategiyamızı qətiyyətlə həyata keçirəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"PKK-dan FETÖ-yə, İŞİD-dən digər terror təşkilatlarına qədər cinayətkarlardan tökdükləri hər damla qanın hesabını soruşacağıq. İstər sərhədlərimizin daxilində, istərsə də kənarda bir nəfərin belə terror qurbanı olmasına imkan verməyəcəyik", - deyə prezident Ərdoğan vurğulayıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01