Son dəqiqə

Türkiyə Çin Tekirdağ

Dünyanın ən böyük konteyner gəmilərindən birinə “Türkiyə” adı verilib

Bakı. TurkicWorld:

Dünyanın ən böyük konteyner gəmilərindən birinə “Türkiyə” adı verilib.

TurkicWorld-un məlumatına görə, MSC prezidenti və baş icraçı direktoru Dieqo Apontenin həyat yoldaşı və Asyaport İdarə Heyətinin sədri Ahmet Soyuerin qızı Ela Soyuerin təklifi ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə gəmiyə “MSC Türkiyə” adı verilib.

Gəmi oktyabrın 30-da Tekirdağa ilk səfərini edəcək. Həmin gün gəminin Tekirdağ Limanına gəlişi üçün Tekirdağ Asyaport Limanında mərasim keçiriləcək.

MSC tərəfindən Çində inşa edilən 24 min 346 konteyner daşıma qabiliyyətinə malik gəminin hündürlüyü 80 metr, uzunluğu isə 400 metrdir.

Mövzuya görə xəbərlər