Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya qarşı əməliyyat keçirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya qarşı əməliyyat keçirib

Bakı. TurkicWorld:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) döyüş bölmələri Suriyada PKK terrorçu təşkilatına qarşı əməliyyat keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələrindən bildiriblər.

Ankarada PKK/YPG terror təşkilatının Daxili İşlər Nazirliyinin binasına hücumunun Suriyada planlaşdırıldığı müəyyən edildikdən sonra MİT terror təşkilatının həmin ölkədəki obyektlərinə və rəhbərliyinə qarşı əməliyyat keçirib. Məlumata görə, hücumda iştirak edən terrorçular bu bölgədən Türkiyəyə keçiblər.

Əməliyyat zamanı PKK/YPG-nin silah və sursat anbarları, terror təxribat və hücum qruplarının yerləşdiyi binalar məhv edilib.

MİT terrorçulara qarşı əməliyyatların bütün məqsədlərə çatana qədər davam edəcəyini bildirib.