Bakı. TurkicWorld:
Mersin əməkdaşlıq baxımından Avropa İttifaqı üçün əhəmiyyətli şəhərdir.
TurkicWorld xəbər verir ki, bu sözləri Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut deyib.
"Mersində Aİ tərəfindən maliyyələşdirilən bir çox layihə həyata keçirilib. Tullantı, çirkab su, şirin su və təhsil sahələrində bir neçə layihələrimiz var", - deyə o əlavə edib.
Aİ rəsmisi onu da bildirib ki, Türkiyədəki kimi nəqliyyat məsələsinə önəm verən bələdiyyələrə, bələdiyyə başçılarına və bu dəyişikliklərə həm siyasi, həm də maddi baxımdan sərmayə qoyacaq insanlara ehtiyac var.
"Buna görə də Türkiyəyə dəstəyimizi davam etdirəcəyik. Aİ tərəfindən Türkiyə İnvestisiya Platforması qurulub. Bu platforma sayəsində Türkiyədəki bələdiyyələrə daha çox dəstək verməyə çalışacağıq. Bu, bələdiyyələrin işini asanlaşdıracaq", - deyə o qeyd edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01






