2023-cü il üçün ixrac hədəfimiz 6 milyard dollardır - Haluk Görgün

2023-cü il üçün ixrac hədəfimiz 6 milyard dollardır - Haluk Görgün

Bakı. TurkicWorld:

Müdafiə sənayesində 2023-cü il üçün ixrac hədəfimiz 6 milyard dollardır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi sədri Haluk Görgün öz rəsmi X (Twitter) sosial media hesabında bildirib.

"Müdafiə sənayesində ixracat nailiyyətlərimizlə ölkəmiz beynəlxalq arenada özünü tanıdır. Türkiyə müdafiə və aviasiya sənayesi sentyabr ayında 430 min 320 milyon dollar dəyərində ixrac edib. 2023-cü ilin yanvar-sentyabr ayında ümumi ixracatımız 3,8 milyard dollara çatıb", - deyə o qeyd edib.

Ləman Əsədli

Twitter: lamanasadli01