Son dəqiqə

Türkiyə Samsun avtobus qəzası

Samsunda məktəb avtobusu qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Türkiyənin Samsun şəhərində məktəb avtobusu yük maşını ilə toqquşub.

TurkicWorld xəbər verir ki, qəza nəticəsində məktəb avtobusu tamamilə yanıb.

Məlumata əsasən, qəzada ikisi müəllim olmaqla, dörd nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər