Bakı. TurkicWorld:
Qara dəniz qazının günlük hasilatı iki dəfə artaraq, 2 milyon tondan 4 milyon tona çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumat yayıb.
"İl sonuna qədər Qara dəniz qazı hasilatı gündəlik 7 milyon tona, Türkiyənin ümumi hasilat həcminin isə 8 milyon tona yüksələcəyi gözlənilir", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatlarına əsasən, 2022-ci ildə Türkiyədə 53 milyard 521 milyon kubmetr təbii qaz istifadə edilib. Bunun 0,7 faizini təşkil edən 379 milyon kubmetr qaz ölkə daxilində istehsal olunub.
Ləman Əsədli
Twitter: Lamanasadli01







