Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin toplantısı keçiriləcək

Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin toplantısı keçiriləcək

Bakı. TurkicWorld:

Bakıda Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin toplantısı keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Hüseyn Yıldırım 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC) açılışında deyib.

"Türkiyə 2026-cı ildə keçiriləcək konqresə namizədliyini açıqlayıb. Türkiyə Kosmik Agentliyinin Milli Kosmik Proqramı intensiv şəkildə davam edir. Astronavtlarımız üç ay ərzində kosmosa gedəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, F-16 pilotu Alper Gezeravcı və Roketsan mühəndisi Tuva Cihangir Atasever Türkiyənin ilk kosmos səyahətçiləri olacaq. Kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və prosesdə 13 fərqli təcrübə aparacaqlar.

Ləman Əsədli
Twitter: Lamanasadli01