Türkiyənin ilk təyyarə fabriki yenidən fəaliyyətə başlayacaq

Türkiyənin ilk təyyarə fabriki yenidən fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

Türkiyənin ilk təyyarə fabriki "TOMTAŞ Aviasiya və Texnologiya" 5 min kvadrat metrlik infrastrukturda aviasiya strukturlarının istehsalına başlayıb.

TurkicWorld xəbər verir ki, fabrikdə ilk olaraq ümumi təyinatlı GÖKBEY helikopteri və təlim təyyarəsi HÜRKUŞ istehsal ediləcək.

Məlumata əsasən, Kayseridə yerləşən fabrikin sertifikatlaşdırma prosesi bir neçə həftə ərzində tamamlanacaq və istehsala başlanılacaq.

Məlumat üçün qeyd edək ki, TOMTAŞ Aviasiya və Texnologiya fabriki 1926-cı ildə Kayseridə qurulub. İkinci Dünya Müharibəsindən sonra fabrik fəaliyyətini dayandırmalı olub.

Ləman Əsədli
Twitter: Lamanasadli01