Son dəqiqə

Türkiyə ABŞ Entoni Blinken

ABŞ Türkiyə DİN-nin binası yaxınlığında törədilən terror aktını pisləyib

Bakı. TurkicWorld:

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" sosial şəbəkəsində yazıb.

"ABŞ Ankarada Türkiyə Daxili İşlər Nazirliyinə bu gün baş verən hücumu pisləyir. Yarananların tezliklə sağalmasını arzulayırıq”, - deyə paylaşımda qeyd olunub.

E.Blinken bildirib ki, ABŞ terrorizmin bütün təzahürlərini rədd edir və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəy olduğumu ifadə edir.

Mövzuya görə xəbərlər