Son dəqiqə

Türkiyə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu BƏƏ

Abdulkadir Uraloğlu Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri Mohamed Hassan Al Suwaidi ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Nəqliyyat və İnfrastruktur nazirliyi açıqlama verib.

İstanbulda keçirilən görüşdə Türkiyə, BƏƏ, İraq və Qətər rəsmilərindən ibarət texniki heyətin İnkişaf Yolu Layihəsi çərçivəsində görüləcək işləri tez bir zamanda yekunlaşdıracağı və anlaşma memorandumunu qısa müddətdə nazirliklər səviyyəsinə daşıyacağı qiymətləndirilib.

İki ölkə arasında nəqliyyat sahəsində mümkün əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Uraloğlu Nəqliyyat və İnfrastruktur Nazirliyinin Türkiyədə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

“BƏƏ “İnkişaf Yolu Layihəsi”nə böyük əhəmiyyət verir. Çünki bu yolun Avropa və Asiya bazarları ilə əlaqəni təmin edəcəyini düşünürük. Biz bu məsələnin üzərində hər mənada işləyəcəyik və layihəyə hər cür dəstəyi verməyə hazırıq” – deyə Al Suwaidi bildirib.

Məlumat üçün qeyd edək ki, Uraloğlu bu layihənin 2028-ci ildə tamamlanacağını bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər