Bakı. TurkicWorld:
Türkiyənin Bodrum şəhərində 4.1 maqnitudalı zəlzələ olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 12:38-də, 6.28 km dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.