Bakı. TurkicWorld:
Türkiyənin TÜRKSAT 6A peyki ölkənin ən mühüm AR-GE (tədqiqat-inkişaf) layihələrindən biridir.
TurkicWorld xəbər verir ki, bu barədə TÜRKSAT şirkətinin baş direktoru Hasan Hüseyin açıqlama verib.
"Çəkisi dörd ton olan peykin dizaynı və bütün sınaqları başa çatdırılıb. Hazırda sınaqların son mərhələsi həyata keçirilir. İyun ayında TÜRKSAT 6A-nı orbitə göndərməyi hədəfləyirik", - deyə o əlavə edib.
H.Hüseyn onu da bildirib ki, peyklər yer kürəsinin ətrafında fırlandığı üçün daha çox qlobal xidmətlər göstərməyə imkan yaradır.
"Hansı sahədə və bazarda ehtiyacların olduğunu müəyyənləşdirmək və diqqəti həmin sahələrə yönəltmək lazımdır. Ölkəmizdə bunlar müzakirə olunur və olunacaq. Yaxın zamanda ölkəmizdə də bu sahəyə investisiyaların olmasını hədəfləyirik", - deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







