Bakı. TurkicWorld:
Türkiyə oktyabrın 1-dən Moldovaya gündəlik 2 milyon kubmetr təbii qaz ixrac edəcək.
TurkicWorld-un məlumatına görə, BOTAŞ yeni ixrac müqavilələri üçün bir çox ölkə və şirkətlə danışıqlarını davam etdirir.
"BOTAŞ infrastruktur sərmayələrindən, inkişaf etmiş ötürmə sistemindən, coğrafi mövqeyindən və güclü infrastrukturun verdiyi üstünlüklərdən istifadə edərək, yeni ixrac müqavilələri bağlamağa davam edir. Ölkəmizi təbii qaz ticarət mərkəzinə çevirmək məqsədi çərçivəsində BOTAŞ, təbii qaz ixrac etdiyi ölkələr siyahısına yeni bir Avropa ölkəsi əlavə edib. Bu çərçivədə BOTAŞ, aktiv fəaliyyət göstərən East Gas Energy Trading şirkəti ilə təbii qaz ixracı müqaviləsi imzalayıb",- deyə BOTAŞ-dan verilən açıqlamada bildirilib.
Bu gün keçirilən mərasimdə BOTAŞ-ın İdarə heyətinin sədri və baş direktoru Burhan Özcan və East Gas Energy Trading Company baş direktoru Nikolai Gaborakın müqavilə imzalanıb. Müqaviləyə görə, BOTAŞ, razılaşma çərçivəsində oktyabrın 1-dən etibarən Moldovaya gündəlik 2 milyon kubmetr təbii qaz ötürəcək.
Qeyd edək ki, Türkiyə 27 sentyabr tarixində Rumıniya, avqustda Macarıstanla, yanvarda isə Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_