Son dəqiqə

Türkiyə TEKNOFEST Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Gənclərin ünsiyyət və məlumat əldə etmə imkanlarını artırırıq – Kacır

Bakı. TurkicWorld:

Gənclərin ünsiyyət və məlumat əldə etmə imkanlarını artırırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Teexnologiya naziri Mehmet Fatih Kaçır deyib.

"Türkiyə gəncliyi və TEKNOFEST nəsli hər şeyin ən yaxşısına layiqdir. Bu yolla gənclərimizə ünsiyyətdən evliliyə, hətta mədəniyyət və incəsənət fəaliyyətlərinə qədər 360 dərəcə dəstək eyni vaxtda təmin ediləcək" – deyə o qeyd edib.

Kacır bildirib ki, bu çərçivədə tələbələrə 9 min 500 lirəyə qədər kompüter, telefon almaq üçün isə 5 min 500 lirəyə qədər dəstək veriləcək.

“Tənzimləmələr sayəsində gənclərimiz Türkiyəyə sərmayə qoyan Samsung və Xiaomi də daxil olmaqla digər markalara daha asan çıxış əldə edəcəklər. Gənclərimizə kompüter alışında da dəstək olacaq. Universitet tələbələrinə aylıq 10 GB internetin pulsuz verilməsi gənclərimizin ünsiyyət və informasiyaya çıxış imkanlarını da artıracaq” – deyə nazir qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər