Son dəqiqə

Türkiyə Selçuk Bayraktar

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir - Selçuk Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin Sədri Selçuk Bayraktar məlumat verib.

"Hazırda Bayraktar AKINCI PUA-ya ciddi tələbat var. KIZILELMA hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. Bayraktar TB2 dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. Bayraktar TB2 indiyə qədər 32 ölkəyə ixrac edilib”, - deyə o qeyd edib.

S.Bayraktar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər