Son dəqiqə

Türkiyə Çin İtaliya turizm Ümumdünya Turizm Təşkilatı (UNWTO)

Türkiyə turizmdən ən çox gəlir əldə edən yeddinci ölkə seçilib

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ildə turizmdən ən çox gəlir əldə edən yeddinci ölkə seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatının (UNWTO) 2022-ci il üçün turistlərin sayı, ümumi gəliri və adambaşına düşən turist gəlirləri ilə bağlı hesabatında bildirilib.

Məlumata əsasən, 2022-ci ildə Türkiyəyə səyahət edənlərin ümumi sayı 969 milyon, ümumi gəliri isə 1 trilyon 73 milyard dollar olub.

"Türkiyə 2019-cu ildə 51,19 milyon turistlə dünyada altıncı yerdə olduğu halda, 2022-ci ildə Çin və İtaliyanı geridə qoyaraq dördüncü sıraya yüksəlib və turist sayındakı payı 3 faizdən 5 faizə yüksəlib. Gəlir baxımından 2019-cu ildə 3 milyard dollarla 12-ci yerdə olduğu halda, Çin, Almaniya, Yaponiya, Avstraliya və Tayland kimi ölkələri geridə qoyaraq yeddinci sıraya yüksəlib", - deyə hesabatda qeyd edilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər