Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Bakı. TurkicWorld:

Türkiyə Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək.

TurkicWorld-un məlumatına görə, BOTAŞ, bölgənin ən böyük enerji şirkətlərindən biri olan OMV Petrom ilə mühüm müqavilə imzalayıb. Müqaviləyə görə, gündə 4 milyon kubmetrə qədər təbii qazın tədarükünə icazə verilib.

Müqavilə çərçivəsində Türkiyədən boru kəmərləri ilə Rumıniyaya təbii qaz ixracı oktyabrın 1-dən başlayacaq və 2025-ci il martın 31-də müqavilənin müddəti bitəcək.

Eyni zamanda, Türkiyə və Rumıniya təbii qazın nəqli, saxlanması, istehsalı və yaşıl enerji texnologiyaları sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. İxracla bağlı mühüm razılaşmalar əldə edən BOTAŞ, bu günə qədər boru kəməri vasitəsilə region ölkələri olan Yunanıstan, Bolqarıstan və Macarıstana təbii qazın çatdırılmasını təmin edib.

Bu çərçivədə BOTAŞ yeni ixrac müqavilələri üçün bir çox ölkə və şirkətlərlə danışıqlarını davam etdirir.

Qeyd edək ki, Türkiyə avqustda Macarıstanla, yanvarda isə Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_