Son dəqiqə

Türkiyə Özbəkistan

Daşkənddən Ankaraya uçuşlar başlayacaq

Bakı. TurkicWorld:

2023-cü il noyabrın 4-də “Özbəkistan Hava Yolları” milli aviaşirkətinin təyyarəsi ilk dəfə olaraq Daşkənddən Türkiyənin paytaxtı Ankaraya uçacaq.

TurkicWorld-un məlumatına görə, Daşkənd-Ankara-Daşkənd marşrutu üzrə uçuşlar həftədə bir dəfə - şənbə günləri orta məsafəli Airbus A320neo təyyarələri ilə həyata keçiriləcək. Yeni marşruta “Uzbekistan Airways Express” loukosterinin xidmət göstərməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Ankara Orta Anadolu bölgəsində yerləşən Türkiyənin paytaxt şəhəridir. Şəhərin üstündə 1923-cü ildə paytaxtı Ankaraya köçürən Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi möhtəşəm Anıtqəbir məqbərəsi yerləşir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər