Bakı. TurkicWorld:
Avropa Birliyi Mülki Müdafiə Mexanizminin sədrliyi və Türkiyənin Səhiyyə Nazirliyinin koordinasiyasında Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə həyata keçirilən "MED EU MODEX 2023" tibbi təlimi başlayıb.
TurkicWorld xəbər verir ki, fəlakətlər və fövqəladə hallarda beynəlxalq komandaların bir-biri ilə və ev sahibi ölkə ilə işləməsini asanlaşdırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, Almaniya, Portuqaliya, Finlandiya, Rumıniya, Estoniya və Polşadan ümumilikdə 2 min 446 nəfər şəxsi heyət və 202 texnika iştirak edir.
Məlumata əsasən, təlim çərçivəsində səhiyyə işçilərinin xəbərsiz olduğu 7/24 davam edən ssenarilərə uyğun olaraq zəlzələ, partlayış və qəzalarda yaralanan xəstələrə ilkin tibbi yardım sahə xəstəxanalarında göstərilir.
Bundan əlavə, təlim üçün şəhərin üç fərqli yerində yaradılmış səhra xəstəxanalarına bəzi xəstələr özləri gəlir, bəziləri qrup halında, bəziləri isə təcili tibbi yardım maşınları ilə daşınır.
Ləman Əsədli
Twitter: lamanasadli01