
Bakı. TurkicWorld:
2023-cü ilin ilk yarısında Türkiyənin müdafiə sənayesindəki ixracatı 2 milyard 400 milyon dollara çatıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Gizli və açıq məhdudiyyətlərə baxmayaraq, müdafiə sənayesində qlobal oyunçuya çevrildik. 2023-cü ilin ilk yarısında müdafiə ixracı 2 milyard 400 milyon dollara çatdı" – deyə o qeyd edib.
O qeyd edib ki, terror təşkilatları ilə danışıqların aparılması qəbuledilməzdir.
“Türkiyə və ABŞ üçün təhlükə mənbəyi olan terrorla bağlı əməkdaşlığımızı gücləndirəcəyik” – deyə Ərdoğan bildirib.
Hafiz Rufizoğlu