Bakı. TurkicWorld:
Avropa İttifaqına üzv ölkələrin nümayəndələrindən ibarət Aİ Şurası Aİ Komissiyasının Türkiyə, İtaliya və Rumıniyaya ümumilikdə 454,8 milyon avro dəyərində yardımını təsdiqləməyə razılaşıb.
TurkicWorld xəbər verir ki, maliyyə yardımı Avropa Parlamenti və Aİ Şurası tərəfindən yekun təsdiqdən sonra veriləcək.
Məlumata əsasən, yardım Aİ büdcəsinin həmrəylik və təcili yardım ehtiyatından ödəniləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01