İzmirdə İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb

İzmirdə İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb

Bakı. TurkicWorld:

İzmirdə İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 10 nəfər saxlanılıb.

TurkicWorld-un məlumatına görə, İzmir polisi İŞİD-ə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı benzin, elektrik kapsulları, dinamit, bomba hazırlayan materiallar və müxtəlif növ silahlar ələ keçirilib.

İstintaq çərçivəsində 10 şübhəli tutulub. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı sənədsiz tapança, iki ədəd avtomat ov tüfəngi, 19 tapança patronu, 27 ov tüfəngi patronu və rəqəmsal materiallar aşkar edilib.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən 10 şübhəlidən 5-i həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.