Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Liviya TCG Sancaktar

Türkiyə Liviyaya daha bir yardım gəmisi göndərir

Bakı, TurkicWorld:

Liviyada baş verən daşqından sonra Türkiyə Liviyaya daha bir yardım gəmisi göndərir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

“Liviya xalqına dəstək olmaq üçün yola çıxan TCG Bayraktar və TCG Sancaktar gəmiləri Liviyaya çatıb. Bu gün TCG Osmangazi yardımları çatdırmaq üçün İzmirdən yola düşəcək”,- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə daha öncə prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Liviyaya yardım təyyarələri göndərib, eyni zamanda Liviyaya yardım göndərən ilk ölkədir.

Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər