Son dəqiqə

Azərbaycan Türkiyə Yaşar Güler Qara dəniz taxıl sazişi

Türkiyə Azərbaycanı dəstəkləyir və Qafqazda sabitliyə üstünlük verir - Yaşar Gülər

Bakı, TurkicWorld:

Türkiyə Qafqazda sabitliyə və sülhə üstünlük verir, qardaş ölkə Azərbaycanı dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Türkiyənin əsas prioriteti Qafqazda sabitliyin olmasıdır. Biz regionda davamlı sülhün bərqərar olması üçün mühüm səylər göstəririk və qardaş xalqımız Azərbaycana “bir millət, iki dövlət” anlayışı ilə dəstəyimizi davam etdiririk”, - deyə Gülər bildirib.

O, həmçinin, Türkiyənin bir çox bölgədə regional və qlobal sülhə töhfə verməyə davam edəcəyini vurğulayıb.

“Qara dəniz taxıl sazişini yenidən aktivləşdirmək üçün konstruktiv səylərimizi davam etdirir və Yunanıstanla yaradılan əlverişli atmosferi qorumağa çalışırıq”, - deyə türkiyəli nazir qeyd edib.

Y.Gülər onu da bildirib ki, Türkiyə heç bir güzəştə getmədən terrora qarşı mübarizəsini davam etdirəcək.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər