Türkiyə TEKNOFEST Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyə qlobal texnoloji mərkəzə çevriləcək - Kacır

Bakı. TurkicWorld:

Türkiyə qlobal texnoloji mərkəzə çevriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"İxtisaslı insan resursları ölkəmizin rəqəmsal transformasiya hədəflərinə çatmaqda mühüm rol oynayır. Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-lə gənclərimizə bir çox fürsətlər təqdim edirik", - deyə o əlavə edib.

Kacır onu da bildirib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin rəqəmsallaşma sahəsinə rəhbərlik etmək və iqtisadi artımı sürətləndirmək üçün dayanmadan çalışır.

"Türkiyədə sənayenin rəqəmsal transformasiyasını yerli və milli həllərlə həyata keçirməyi hədəfləyirik. Yüksək rəqabətli Türkiyə üçün kritik texnologiyalarda biznesin rəqəmsal transformasiyasını təmin edəcək və ölkəmizin texnoloji səriştəsini artıracaq yeni proqramlar da həyata keçiririk. Biz həm yaşıl transformasiya, həm də rəqəmsal transformasiya üçün şirkətlərlə uzunmüddətli əməkdaşlığı təşviq edəcəyik və ilin sonunda Rəqəmsal Transformasiyaya Dəstək Proqramına start verəcəyik", - deyə o vurğulayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər