Bakı. TurkicWorld:
Liviyada baş verən daşqından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Ankaradan göndərilən üç təyyarədən ilki artıq Liviyaya çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.
"Birinci mərhələdə axtarış-xilasetmə və digər yardımlar üçün təyyarəmizin 168 şəxsi heyəti, iki axtarış-xilasetmə maşını, iki xilasedici qayığı var. Sığınacaq və digər ehtiyacların ödənilməsi üçün 170 çadır, 600 adyal, 400 qutu qida və gigiyenik vasitələr, 20 generator, 1000 palto, 500 çəkmə və 500 fənər olacaq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə Liviyaya yardım göndərən ilk ölkədir.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.
Ləman Əsədli
Twitter: lamanasadli01