Son dəqiqə

Türkiyə Türkiyə xarici işlər nazirliyi zəlzələ Mərakeş

Türkiyə XİN Mərakeşə başsağlığı verib

Bakı. TurkicWorld:

Mərakeşdə baş verən zəlzələdə itkilər və çoxlu sayda insanın yaralanması, zəlzələnin ciddi dağıntılara səbəb olması bizi kədərləndirdi.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Dost və qardaş Mərakeş xalqına və hökumətinə başsağlığı, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman hər cür dəstəyə hazırdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib, zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər