Son dəqiqə

Türkiyə zəlzələ

Türkiyədə 3,9 bal gücündə zəlzələ olub

Bakı. TurkicWorld:

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Dulqədiroğlu rayonunda 3,9 bal gücündə zəlzələ olub.

TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerin 8,79 kilometr dərinliyində meydana gələn zəlzələ Qaziantep və ətraf rayonlarda da hiss edilib.

Bildirilir ki, tələfat və dağıntı qeydə alınmayıb.

Mövzuya görə xəbərlər