Son dəqiqə

Türkiyə Haluk Görgün Türkiyə Müdafiə Sənayesi Komitəsi Mozambik

Türkiyə ilə Mozambik arasında Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi imzalanıb

Bakı. TurkicWorld:

Türkiyənin Müdafiə Sənayesi sədri Haluk Görgün və Mozambik müdafiə naziri Kristvo Artur Çume Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi imzalayıb.

TurkicWorld xəbər verir ki, saziş iki ölkə arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətinin prinsiplərini əhatə edir.

H.Görgün Türkiyənin müstəqil xarici siyasətində Müdafiə Sənayesinin rolunun mühüm olduğunu vurğulayıb.

"Müdafiə sənayemizin bayrağını Afrikada da dalğalandırmaqda qərarlıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Mozambik müdafiə naziri Kristvo Artur Çume 3 sentyabr tarixində Türkiyəyə rəsmi səfər edib.

6 sentyabr tarixində Türkiyə və Mozambik Respublikaları arasında hərbi çərçivə sazişi imzalanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər