Dünya Bankı Türkiyəyə dəstəyini açıqlayıb

Dünya Bankı Türkiyəyə dəstəyini açıqlayıb

Bakı. TurkicWorld:

İqtisadiyyatı sabitləşdirəcək siyasətlərin həyata keçirilməsində Türkiyəyə dəstək olacağıq.

TurkicWorld xəbər verir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez bildirib.

"Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, üç il ərzində 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlayıb Dünya Bankının İdarə Heyətinə təqdim etməyi gözləyirik. Hesab edirik ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) həyata keçirdiyi pul siyasətinin sərtləşdirilməsi, Xəzinə və Maliyyə Nazirliyi tərəfindən fiskal kəsirin azaldılması istiqamətində həyata keçirilən tədbirlər düzgün istiqamətdə atılan addımlardır", - deyə o əlavə edib.

Qeyd edək ki, Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyard dollardan 35 milyard dollara çatdıracaq.

Ləman Əsədli

Twitter: lamanasadli01